Pressa.az » Media » Azərbaycanda çap mediasının dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb

Azərbaycanda çap mediasının dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb

12 yanvar 2023, Cümə axşamı, 12:41
Azərbaycanda çap mediasının dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb

“Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib”.

LiderXəbər-in xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır: “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.