Вернуться назад Распечатать

"Hörümçək adam" rolunu oynayan ilk aktyor vəfat edib

"Hörümçək adam" rolunu oynayan ilk aktyor Denni Siqren 81 yaşında vəfat edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Sənətçinin ölüm səbəbi, vida mərasiminin yeri və vaxtı barədə məlumat verilməyib.

Tanınmış aktyor 1974-cü ildə "Hörümçək adam" rolunu oynadıqdan sonra böyük şöhrət qazanıb. Siqren ömrünün son illərində ABŞ-nin Cənubi Karolina ştatında yaşayıb.