2025-ci ildə kinoteatrlarda nümayiş olunan ən yaxşı filmlərin reytinqi açıqlanıb.
Liderxeber.az "Rolling Stone" jurnalına istinadən xəbər verir ki, birinci yeri Leonardo Di Kaprio və Şon Pennin baş rolları canlandırdığı "Döyüş ardınca döyüş" filmi tutub.
İkinci pillədə Uilyam Şekspirin yeganə oğlunun itkisi faciəsinə həsr olunmuş "Hamnet" filmi qərarlaşıb. Ekran əsərində Şekspiri Pol Meskal, həyat yoldaşı Aqnesi isə Cessi Bakli canlandırır.
Üçüncü yeri isə Stiven Soderberqin çəkdiyi "Qara çamadan" detektivi tutur. Filmin baş rollarında Keyt Blanşett və Maykl Fassbender çıxış ediblər.
İlin ən yaxşı 10 filmi siyahısına, həmçinin "Qatar yuxuları", "Yeni dalğa", "Sadə təsadüf", "İstisna metodu", "Bağışla, balam", "Möhtəşəm Marti", "Sentimental dəyər" filmləri də daxil edilib.