Вернуться назад Распечатать

Məşhur repçi İslamı qəbul etdi

Britaniyalı məşhur repçi Central Cee İslamı qəbul etdiyini açıqlayıb.

Liderxeber.az xəbər verir ki, onun sosial şəbəkələrdə paylaşdığı açıqlama qısa müddətdə böyük maraq doğurub.

Central Cee canlı yayım zamanı müsəlman olduğunu açıqlayıb.

“Kəlmeyi-Şəhadət oxudum, yeni adım var, indi müsəlmanam”, - o bildirib.

İzləyicilər repçiyə yeni ad da təklif ediblər. Şərhlərdə ən çox qeyd edilən ad “Yusif” olub.

Bəzi izləyicilər Central Cee-nin rəsmi olaraq yeni ad seçib-seçmədiyi ilə maraqlandıqlarını bildirərək, bu mövzuda əlavə açıqlama gözlədiklərini qeyd ediblər.

Central Cee yeni adı ilə bağlı rəsmi təsdiq və ya əlavə məlumat verməyib.