Вернуться назад Распечатать

Şakira səhnədə yıxıldı

Kolumbiyalı məşhur müğənni Şakira konsert zamanı səhnədə yıxılıb.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə müğənninin dünya turnesi çərçivəsində El Salvadorda baş verib. 

Belə ki, 49 yaşlı sənətçi “Las Mujeres Ya No Lloran” turnesi çərçivəsində “Si Te Vas” mahnısını ifa edərkən müvazinətini itirib və yıxılıb.

Müğənni daha sonra sosial şəbəkə hesablarında paylaşım edərək vəziyyətinin yaxşı olduğunu bildirib və pərəstişkarlarını narahat olmamağa çağırıb.

Qeyd edək ki, bu, Şakiranın konsert zamanı yıxılmasına dair ilk belə hal deyil. 2025-ci ilin mayında Kanadanın Monreal şəhərində keçirilən şouda da sənətçi səhnədə yıxılıb. Lakin o, qısa müddətdə vəziyyəti nəzarət altına alaraq çıxışını davam etdirmişdi.