Вернуться назад Распечатать

Mahnılarını 150 milyona satdı

Amerikalı pop ulduz Britni Spirs musiqi kataloqunun hüquqlarını təxminən 150 milyon funt-sterlinqə (təxminən 348 milyon manat) satıb.

Liderxeber.az xəbər verir ki, 44 yaşlı müğənni müstəqil musiqi şirkəti “Primary Wave” ilə müqavilə imzalayıb.

Razılaşmaya Spirsin 1999-2016-cı illər arasında yayımlanan doqquz studiya albomunun hüquqları daxildir. Buraya “...Baby One More Time”, “Oops!... I Did It Again” və “Gimme More” kimi hit mahnılar da daxildir.

Məlumata görə, müğənninin sərvəti daha əvvəl təxminən 40 milyon funt-sterlinq olaraq qiymətləndirilirdi. Yeni müqavilə onun maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə gücləndirib.

Britni Spirs 2018-ci ildən bəri səhnəyə çıxmır. O, iki il əvvəl musiqiyə qayıtmayacağını açıqlamışdı. Müğənninin son studiya albomu “Glory” 2016-cı ildə işıq üzü görüb.

Qeyd edək ki, son illərdə bir sıra məşhur ifaçılar da kataloq hüquqlarını satıblar. 2023-cü ildə Castin Biber oxşar məbləğə müqavilə bağlayıb. Bundan başqa, Prins, Uitni Hyuston və Notorious B.I.G.-nin irsi də “Primary Wave” şirkətinə həvalə olunub