Türkiyəli tanınmış prodüser Erol Köse vəfat edib.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun İstanbulda yaşadığı binanın 16-cı mərtəbədəki mənzilindən yıxılaraq öldüyü bildirilib.
Qeyd edək ki, 61 yaşlı E.Köse Türkiyənin ən tanınmış prodüserlərindən biri idi. Onun intihar etdiyi ehtimal olunur. Lakin bununla bağlı hələ ki rəsmi açıqlama verilməyib.