Вернуться назад Распечатать

Türkiyəli müğənnidə yenidən xərçəng aşkarlandı

Türkiyəli müğənni Şimalda yenidən xərçəng aşkarlanıb. 

LiderXəbər xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. 37 yaşlı beynində şiş aşkarlanıb. Şimal əməliyyat olunacağını açıqlayıb:

"Deyəcək sözüm yoxdur. Təcili əməliyyat dedilər. Çox pisəm. Dualarınıza ehtiyacım var".

Qeyd edək ki, 2 il əvvəl Şimalda süd vəzi xərçəngi aşkarlanıb. Uzun müddət müalicə alan ifaçı sağaldığını demişdi.