DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Liderxeber.az xəbər verir ki, fərmanla "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 9, maddə 1000, № 12 (II kitab), maddə 1383) aşağıdakı dəyişikliklər edilir:
2.1. həmin Fərmanla təsdiq edilmiş "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi" üzrə:
2.1.1. 2-ci hissə üzrə:
2.1.1.1. adından "MƏQSƏDİ VƏ" sözləri çıxarılır;
2.1.1.2. 2.1-ci bənd ləğv edilir;
2.1.2. 3-cü hissə üzrə:
2.1.2.1. 3.1.2-ci yarımbənddə "Nazirliyin müvafiq qurumlarının" sözləri "Nazirlik sisteminə daxil olan müvafiq qurumların" sözləri ilə, "Nazirliyin müvafiq qurumları" sözləri "Nazirlik sisteminə daxil olan müvafiq qurumlar" sözləri ilə əvəz edilir;
2.1.2.2. 3.1.9-cu yarımbənddə "Nazirliyin aidiyyəti qurumları" sözləri "Nazirlik sisteminə daxil olan aidiyyəti qurumlar" sözləri ilə əvəz edilir;
2.1.2.3. 3.1.13-cü yarımbənd aşağıdakı redaksiyada verilir:
"3.1.13. Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə müvafiq sahədə elektron xidmətləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;";
2.1.2.4. 3.2.20-ci yarımbənddə "fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı" sözləri "sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq," sözləri ilə əvəz edilir;
2.1.2.5. 3.2.21-ci yarımbənddə "Nazirliyin digər qurumlarının" sözləri "Nazirlik sisteminə daxil olan digər qurumların" sözləri ilə əvəz edilir;
2.1.3. 4-cü hissə üzrə:
2.1.3.1. 4.7.4-cü yarımbənddə "əməkhaqqı" sözü "əməyin ödənişi" sözləri ilə, "əməkhaqlarını" sözü "əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri)" sözləri ilə və "Nazirliyin digər qurumlarından" sözləri "Nazirlik sisteminə daxil olan digər qurumlardan" sözləri ilə əvəz edilir;
2.1.3.2. 4.7.7-ci yarımbənddən "törəmə" sözü çıxarılır;
2.1.3.3. 4.8-ci bəndin dördüncü cümləsinə "qərarlar" sözündən sonra "açıq səsvermə yolu ilə" sözləri əlavə edilir;
2.1.3.4. 4.12-ci bənddə "iclasın" sözü ", habelə İdarə Heyətinin sədrinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının" sözləri ilə əvəz edilir;
2.1.3.5. aşağıdakı məzmunda 4.12-1 - 4.12-3-cü bəndlər əlavə edilir:
"4.12-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İdarə Heyətinin sədrinə göndərir.
4.12-2. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.12-3. Şuranın katibi:
4.12-3.1. Şuranın iclaslarını təşkil edir;
4.12-3.2. bu Nizamnamənin 4.12-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
4.12-3.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
4.12-3.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.12-3.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.";
2.1.3.6. 4.13.1-ci yarımbəndə "rəhbərlik edir" sözlərindən sonra ", habelə özünün və İdarə Heyəti üzvlərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir" sözləri əlavə edilir;
2.1.3.7. aşağıdakı məzmunda 4.13-1-ci bənd əlavə edilir:
"4.13-1. Şuranın sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə Şura üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.";
2.1.3.8. 4.16-cı bəndin ikinci cümləsində "3" rəqəmi "5 (beş)" sözləri ilə, "iki üzvdən" sözləri "onun 4 (dörd) müavinindən" sözləri ilə əvəz edilsin;
2.1.3.9. 4.17-ci bənddə "üzv" sözü "müavinlərdən biri" sözləri ilə əvəz edilsin;
2.1.3.10. 4.18-ci bəndin birinci cümləsində "iki" sözü "bir" sözü ilə əvəz edilsin;
2.1.3.11. aşağıdakı məzmunda 4.20.1-1-ci yarımbənd əlavə edilsin:
"4.20.1-1. müavinləri və struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;";
2.1.3.12. 4.20.7-ci yarımbənddə "Agentliyin" sözü "özünün və Agentliyin struktur bölmələrinin" sözləri ilə əvəz edilir;
2.1.3.13. 4.20.11-ci və 4.20.15-ci yarımbəndlərdə "əməkhaqqı" sözü "əməyin ödənişi" sözləri ilə əvəz edilir;
2.1.4. 5-ci hissə üzrə:
2.1.4.1. adında "MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ" sözləri "MALİYYƏ FƏALİYYƏTİNİN ƏSASLARI" sözləri ilə əvəz edilir;
2.1.4.2. aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilir:
"5.4-1. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.";
2.1.5. 7.2-ci bənddə "uçot aparır və statistik hesabatları tərtib" sözləri "hesabatları tərtib və təqdim" sözləri ilə əvəz edilir;
2.2. həmin Fərmanla təsdiq edilmiş "DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı" yeni redaksiyada verilir (əlavə olunur);
2.3. həmin Fərmanla təsdiq edilmiş "DOST mərkəzlərində xidmət göstərilməsi Qaydası" üzrə:
2.3.1. 3-cü hissə üzrə:
2.3.1.1. 3.2.6-cı yarımbənddə "Nazirliyin aidiyyəti qurumlarının" sözləri "Nazirlik sisteminə daxil olan aidiyyəti qurumların" sözləri ilə əvəz edilir;
2.3.1.2. 3.4-cü bənd ləğv edilir;
2.3.2. 4.1.6-cı yarımbənddə "Nazirliyin aidiyyəti qurumları" sözləri "Nazirlik sisteminə daxil olan aidiyyəti qurumlar" sözləri ilə əvəz edilir.
DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.
Oxşar Xəbərlər:



