Pressa.az » Ölkə » İşsizlikdən Sığorta Fondunun gəlirləri artıb

İşsizlikdən Sığorta Fondunun gəlirləri artıb

14 mart 2025, Cümə, 12:23
İşsizlikdən Sığorta Fondunun gəlirləri artıb

İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün gəlirləri 238,0 mln. manat təsdiq edilib.

Liderxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bu da 2023-cü illə müqayisədə 20,3 mln. manat və ya 9,0% çoxdur. 2024-cü ildə İSF-nin gəlirlərinin icrası 291,2 mln. manat səviyyəsində olub ki, bu da 2023-cü il üzrə göstəricidən 12,0% çoxdur.

Əlavə olaraq, 2024-cü ildə İSF-nin əvvəlki illərdə qənaət olunmuş vəsaitinin həcmi 51,8 mln. manat təşkil edib.

Fondun 2024-cü il üçün xərcləri 2023-cü illə müqayisədə 9,0% və ya 20,3 mln. manat çox olmaqla, 238,0 mln. manat təsdiq edilib. Fondun xərclərinin icrası isə 192,7 mln. manat səviyyəsində olub.