Pressa.az » Ölkə » Bakı Metropolitenindən “Koroğlu” stansiyasındakı izdihamla bağlı açıqlama

Bakı Metropolitenindən “Koroğlu” stansiyasındakı izdihamla bağlı açıqlama

17 mart 2025, Bazar ertəsi, 10:39
Bakı Metropolitenindən “Koroğlu” stansiyasındakı izdihamla bağlı açıqlama

Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında böyük izdiham yaşanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sərnişinlərin sözlərinə görə, izdiham giriş qapısına çatmamış başlayıb. Həmçinin stansiyada sərnişinlərin çantalarını yoxlamaq üçün qoyulan aparatlardan da birinin işləmədiyi, içəri daxil olanların əşyalarının yalnız bir aparat vasitəsilə yoxlandığı qeyd olunur.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Liderxeber.az-açıqlamasında bildirilib ki, bu gün səhər saatlarından “Koroğlu” stansiyasının giriş qapısında nəzarət zamanı sərnişin sıxlığı yaranıb: “Bildiririk ki, metropolitenə dair bütün infrastruktur, o cümlədən qatarların hərəkəti və intervalları ilə bağlı heç bir problem müşahidə olunmur”.

Həmin görüntüləri təqdim edirik: