Pressa.az » Ölkə » İcra başçısı ilə görüşdə bu məsələləri qaldırdılar - Fotolar

İcra başçısı ilə görüşdə bu məsələləri qaldırdılar - Fotolar

24 aprel 2025, Cümə axşamı, 17:33
İcra başçısı ilə görüşdə bu məsələləri qaldırdılar - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xəzər kəndinin sakinləri ilə səyyar görüş keçirib.

Liderxeber.az xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Xəzər kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının lildən, kol-kosdan təmizlənməsi, əlilliyin təyin olunması, “Milliön” ödəmə terminalının quraşdırılması və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olaraq müraciət edə bilərlər.