Pressa.az » Ölkə » Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

30 aprel 2025, Çərşənbə, 18:14
Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - “Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.