Bakıda maşın sürüşərək hasara çırpıldı - Fotolar

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az-ın məlumatına görə, İlqar Musayev küçəsində qeydə alınan qəzada “Mercedes” markalı maşın dəmir hasara çırpılıb.
İlkin məlumata görə, sürücü yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.
Qəza nəticəsində maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

10 aprel 2025, Cümə axşamı
Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alan müəllimlərin son durumu açıqlandı