Pressa.az » Ölkə » KOBİA Belarus sahibkarlarına Qarabağda tərəfdaşlar tapmaqda dəstək göstərəcək

KOBİA Belarus sahibkarlarına Qarabağda tərəfdaşlar tapmaqda dəstək göstərəcək

05 may 2025, Bazar ertəsi, 18:02
KOBİA Belarus sahibkarlarına Qarabağda tərəfdaşlar tapmaqda dəstək göstərəcək

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Belarus sahibkarlarına Azərbaycanın azad olunmuş ərazilərində etibarlı tərəfdaşlar tapmaqda dəstək göstərməyə hazırdır.

Liderxeber.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən Azərbaycan-Belarus biznes forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş əraziləri böyük investisiya potensialına malikdir: "Bu bölgələrdə "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji" konsepsiyalarına əsaslanan iri infrastruktur və sənaye layihələri həyata keçirilir. Əminik ki, belaruslu tərəfdaşlarımızla birgə səylərimiz nəticəsində kiçik və orta biznes sahəsində əməkdaşlığımız daha yüksək səviyyəyə çatacaq".

O. Məmmədov ümid edir ki, bu gün keçiriləcək B2B görüşlərinin nəticəsində konkret razılaşmalar əldə olunacaq və ticarət dövriyyəsinin genişləndirilməsi, birgə istehsal sahələrinin yaradılması istiqamətində addımlar atılacaq.