Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət - Video

Xəbər verdiyimiz kimi, aprelin 23-ü Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Qubanın İkinci Nügədi kəndindən keçən hissəsində uçmuş körpü müvəqqəti təmir olunaraq yenidən istismara verilib.
Liderxeber.az-ın məlumatına görə, Qubanın rayon mərkəzini 60-dan artıq kəndlə birləşdirən yolun üzərindəki körpünün hazırkı vəziyyəti də ürəkaçan deyil.
Belə ki, sosial şəbəkələrdə körpünün kənardan çəkilmiş görüntüsü yayılıb. Görüntüdən körpünün tağlarından birinin çökməsi və bu səbəbdən tağları birləşdirən plitələrin də əyilməsi aydın görünür.
Ərazidəki vəziyyət sürücülərdə narahatlıq yaradıb. Mütəxəssislər güclü sel nəticəsində körpünün tamamilə çökə biləcəyini və bunun ağır fəsadlarının ola biləcəyini qeyd edirlər.
Həmin görüntüləri təqdim edirik:
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO