Pressa.az » Ölkə » Qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Qanunsuz balıq ovlayanlar cəzalandırılıb

16 may 2023, Çərşənbə axşamı, 11:10
Qanunsuz balıq ovlayanlar cəzalandırılıb

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Şirvan şəhər sakini Vidadi Dəmirov, Neftçala rayon sakinləri Salam Mənəfov, Vüqar Zeynalov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - o qeyd edib.