Sumqayıtda zavodda partlayış - Xəsarət alanlar var

Sumqayıtda zavodda baş verən partlayışla bağlı bəzi məqamlar bəlli olub.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin SOCAR-a məxsus müəssisədə qeydə alındığı bildirilir.
İlkin məlumata əsasən, partlayış qaynaq işləri aparılan zaman baş verib.
Aləmdə Nəsib
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

18 oktyabr 2024, Cümə
Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4

03 dekabr 2024, Çərşənbə axşamı
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb, altı nəfər xilas edilib - YENİLƏNİB-3

30 aprel 2025, Çərşənbə
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib

26 oktyabr 2023, Cümə axşamı
Qaynaq və şellak etdirən xanımların diqqətinə! Dırnaqlarınız çürüyə bilər