Pressa.az » Ölkə » Ölkələrimiz və xalqlarımız arasında olan doğmalıq əbədi və sarsılmazdır

Ölkələrimiz və xalqlarımız arasında olan doğmalıq əbədi və sarsılmazdır

26 may 2025, Bazar ertəsi, 10:38
Ölkələrimiz və xalqlarımız arasında olan doğmalıq əbədi və sarsılmazdır

Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfəri yerləşdiyimiz regionla bərabər Türk dünyası üçün də yeni başlanğıcların, yeni reallıqların təməlini qoydu.

Bu gün dünyada Möhtərəm Prezident cənab İlham Əliyev əsaslı və haqlı olaraq nüfuzludövlət başçılarından, liderlərdən biri hesab edilir. Heç şübhəsiz Ölkə başçımızın bu məqama yüksəlməsi böyük siyasi əməyin, bacarığın, prinsipiallığın, qətiyyətliliyin, qazanılmış etimad və etibarın, dəmir iradənin sayəsində mümkün olmuşdur.

Təsadüfi deyil ki, Dövlət başçımız Türk Dövlətləri Təşkilatının da qurucularından biridir. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfəri yerləşdiyimiz regionla bərabər Türk dünyası üçün də yeni başlanğıcların, yeni reallıqların təməlini qoydu. 

Ölkə başçımızın dövlətimizin və xalqımızın milli maraqlarının müdafiəsi uğrunda ortaya qoyduğu prinsipial, ardıcıl və qətiyyətli mövqe ona türkdilli xalqlar arasında da haqlı olaraq yüksək nüfuz qazandırdı. Türk Dövlətləri Təşkilatının bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən növbəti qeyri-rəsmi Zirvə görüşü mühüm məqamlarla yadda qaldı. Cənab Prezident görüşdə çıxış edərək, Azərbaycanın son illər qazandığı nailiyyətlərə və Təşkilatın inkişafına verdiyi töhfələrə bir daha işıq saldı. Dövlət başçısı Azərbaycanın türkdilli dövlətlərlə daimi əməkdaşlıqda maraqlı olduğunu bəyan edərək, liderləri Təşkilatın daha da güclənməsi istiqamətində səylərin artırılmasına çağırdı. Heç şübhəsiz bu birlik əbədi və yenilməzdir. Bu gün artıq türk insanında qəti bir inam vardır ki, Ölkələrimiz və xalqlarımız arasında olan doğmalıq əbədi və sarsılmazdır. XXI əsrin həqiqətən türk əsri olması isə baş verən tarixi proseslərdən aydın görünür!. 

Filarə İsmayılova;
Neftçala rayonu, Şəhid anası