Azera Holdinq Karyera Festivalı 2025-də

Azera Holdinqin iştirakı Bakı Dövlət Universitetində təşkil olunmuş ənənəvi Karyera Festivalında maraqla qarşılanıb.
Liderxeber.az xəbər verir ki, sərgidə Holdinq Baku Medical Plaza Klinikalar şəbəkəsi, Agroland, Binə Agro, Fruitland, Bol Agro, Agro Bitki Klinikası şirkətləri ilə təmsil olunub.
Tədbirin açılış mərasiminində çıxış edən Azera Holdioqin direktoru Akif Əliyev karyera sərgilərinin gənclərin peşəkar inkişafına verdiyi töhfədən söz açıb. Bu cür tədbirlərin gənclərin əmək bazarına inteqrasiyasının sürətləndirilməsində mühüm rolu olduğunu söyləyən Akif Əliyev gənc kadrların Holdinqdə inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Karyera sərgisində Azera şirkətlər qrupunu təmsil edən əməkdaşlar arasında Bakı Dövlət Universitetinin də ötən ilki məzununun olması deyilənlərin bariz nümunəsidir.
Daha sonra sərgidə iştirak edən şirkətlərin stendləri ziyarət olunub.
Sərgi çərçivəsində ziyarətçilərə holdinq və şirkətlərin fəaliyyət istiqaməti, təqdim etdikləri məhsul və xidmətlər təqdim olunub. Mütəxəssislər tərəfindən tələbələrin sualları cavablandırılıb, mövcud vakant yerlər və təcrübə proqramları barədə 300-ə yaxın tələbəyə məlumat verilib.