Pressa.az » Ölkə » Bakıda söküntü işləri başladı - Ünvanlar

Bakıda söküntü işləri başladı - Ünvanlar

30 may 2025, Cümə, 09:00
Bakıda söküntü işləri başladı - Ünvanlar

Keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

Liderxeber.az  xəbər verir ki, köçürülən sakinlərlə razılıq əldə edilərək onlara qanunamüvafiq kompensasiyalar ödənilib.

Hazırda söküntü işləri Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edir.

Bu proses Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti altında aparılır.

Qeyd edək ki, sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb, yerində isə park salınması gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl də Bakının mərkəzində yeni söküntü başlayacağı və yerində park salınacağı ilə bağlı məlumat vermişdik.