Pressa.az » Ölkə » Aşan avtomobildə yaralanan sürücü öldü

Aşan avtomobildə yaralanan sürücü öldü

30 may 2025, Cümə, 09:42
Aşan avtomobildə yaralanan sürücü öldü

Ağsuda yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Liderxeber.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Ramin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil mayın 25-də yoldan çıxaraq aşıb.

R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, mayın 29-da vəfat edib.

Fakta görə cinayət işi başlanıb, istintaq aparılır.