Pressa.az » Ölkə » Bu istiqamətlərdə əlavə reyslər təyin edildi

Bu istiqamətlərdə əlavə reyslər təyin edildi

30 may 2025, Cümə, 09:44
Bu istiqamətlərdə əlavə reyslər təyin edildi

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 31 may və 1 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

Liderxeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. 

Bildirilib ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.  

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.