Pressa.az » Ölkə » “Avtobuslarda kondisionerlər iyunun 2-dən qoşulacaq” - “Xaliq Faiqoğlu”

“Avtobuslarda kondisionerlər iyunun 2-dən qoşulacaq” - “Xaliq Faiqoğlu”

30 may 2025, Cümə, 11:36
“Avtobuslarda kondisionerlər iyunun 2-dən qoşulacaq” - “Xaliq Faiqoğlu”

“Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobuslarda kondisionerlərin qoşulmasını iyunun 2-dən təmin edəcək.

Şirkətdən Liderxeber.az-a bildirilib ki, avtobusların havalandırma və havasərinlətmə sistemləri yay mövsümünə hazırdır.

“Kondisionerlərin qoşulması proqnozlaşdırılan hava şəraitinə uyğun olaraq 15 iyun tarixindən nəzərdə tutulmuşdu. Lakin sərnişinlərin rahatlığı nəzərə alınaraq bu tarix iyunun 2-nə keçirilib, artıq texniki yoxlama mərhələsi başa çatıb və üzümüzə gələn həftənin ilk günündən avtobuslarda kondisionerlər hər il olduğu kimi qoşulacaq”, - məlumatda qeyd olunub.