Pressa.az » Ölkə » Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama

Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama

30 may 2025, Cümə, 16:18
Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama

“Qurbağa əti kimi qidaların menyulara daxil edilməsinin 3 əsas əlaməti var - iqlim şərtləri, iqlimdən doğan etnoqrafik vərdişlər və qida ənənələri”.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Qastro Turizm bölümünün rəhbəri Səkinə Əsgərova deyib. 

O bildirib ki, bu kimi qidaların restoranlarda təklif edilməsi texnologiya ilə bağlıdır: “Ənənəvi qastronomika artıq dəyişib. Bu da aşpazların trendləridir. Qurbağa əti bir çox ölkələrin milli mətbəxidir. Lakin burada iqlim əsas şərtdir. Eyni zamanda genetik uyğunluq və davamlılıq da önəmlidir. Tələbata uyğun olaraq restoranlar məmnunluğu təmin edir”.