Pressa.az » Ölkə » İndi də “Xal-Xal” sökülür

İndi də “Xal-Xal” sökülür

04 iyun 2025, Çərşənbə, 12:27
İndi də “Xal-Xal” sökülür

Bakının Nərimanov rayonunda yerləşən daha bir məşhur restoran sökülür.

Liderxeber.az xəbər verir ki, söhbət “Xal-Xal” restoranından gedir.

Restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşa olunması və tuneldən əlavə yolun çəkilməsidir.

Hazırda ərazidə söküntü işləri davam edir.

Qeyd edək ki, bir müddət əvvəl Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən "Şəki" restoranı sökülüb.