Azərbaycanda bəylə gəlin toy günü qəzaya düşdülər

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az-ın məlumatına görə, hadisə rayonun Xaçmaz kəndi ərazisində baş verib. 2001-ci il təvəllüdlü Emin Feyzullayev "Hyundai" markalı avtomobillə rayonun Sincab kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çökəyə düşüb.
Hadisə nəticəsində sürücü və 2 sərnişini - 1981-ci il təvəllüdlü Təhminə Yusubova və 2006-cı il təvəllüdlü Mələk Feyzullayeva xəsarət alıblar.
Yaralılara xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.
Xatırladaq ki, hadisə nəticəsində xəsarət alan E.Feyzullayev və M.Feyzullayevanın bu gün toy məclisi olacaq. Onlar gözəllik salonundan gələrkən qəzaya düşüblər.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

10 aprel 2025, Cümə axşamı
Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alan müəllimlərin son durumu açıqlandı