Ordubadda bayram namazı qılınıb

6 iyun tarixində ölkəmizin bütün bölgələrində olduğu kimi, Ordubad rayonunda da Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
Liderxeber.az xəbər verir ki, Ordubad şəhərində yerləşən Cümə məscidində və rayonun digər məscidlərində bayram namazı eyni vaxtda başlayıb. Səhərin erkən saatlarında yüzlərlə sakin ibadət evlərinə toplaşaraq bayram namazında iştirak ediblər.
Namazdan sonra dualar oxunub, Allahdan mərhəmət, əmin-amanlıq, bol ruzi və bərəkət arzulanıb.