Pressa.az » Ölkə » Hərbi Prokurorluqda yeni - Təyinatlar

Hərbi Prokurorluqda yeni - Təyinatlar

14 iyul 2025, Bazar ertəsi, 17:14
Hərbi Prokurorluqda yeni - Təyinatlar

Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Liderxeber.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər hərbi prokuroru təyin edilib.