Azərbaycan gələcəyini tam suveren şəkildə və regional əməkdaşlığa əsaslanan strategiyalarla qurur

Ərazi bütövlüyümüzün, suverenliyimizin təmin edilməsi Azərbaycanın regional siyasətində, iqtisadi prioritetlərində və beynəlxalq mövqeyində ciddi dönüş nöqtəsi oldu.
Bu faktdır ki, dünya birlyinin otuz il ərzində susduğu, həlli istiqamətində əməli işlər görmədiyi, artıq keçmişdə qalmış “Qarabağ münaqişəsi” Azərbaycanın öz gücü hesabına həll edildi. Əlbəttə ki, bu proses asan və rahat başa gəlmədi. Bütün təzyiqlərə baxmayaq Azərbaycan dövləti, qədirbilən xalqımız işğalla barışmadı. Möhtərəm Prezident cənab İlham Əliyev yerli və müxtəlif xarici media mənsublarına verdiyi müsahibələrində bu məqamı dəfələrlə bəyan etmişdi.
Ölkə başçısı bu fikri bir daha III Şuşa Qlobal Media Forumunda da xarici jurnalstin sualını cavablandırarkən bildirdi. Bəli, bu fikir, bu amal məhz Azərbaycanın bu günü üçün deyilmiş sözlər idi. Dünya ölkəmizin xalqımızın birliyini beş il əvvəl nəinki gördü, beynəlxalq ictimaiyyət ölkəmizi mühüm aktor kimi qəbul etməyə başladı.
Bəli, münaqişə başa çatmaqla bölgəmizdə tamamilə yeni bir reallıq formalaşıb. Bu reallıq sabitlik, təhlükəsizlik və davamlı inkişaf üçün daha aydın və geniş perspektivlər açır. Uzun illər davam edən münaqişənin həlli Azərbaycanın regional siyasətində, iqtisadi prioritetlərində və beynəlxalq mövqeyində ciddi dönüş nöqtəsi oldu. Artıq Azərbaycan gələcəyini tam suveren şəkildə və regional əməkdaşlığa əsaslanan strategiyalarla qurur.
Cənab Prezident Forumda jurnalistlərin suallarını cavablandırarkən xüsusi vurğuladı ki, Azərbaycanın inkişaf strategiyası təkcə təbii ehtiyatlara əsaslanmır. Əsas prioritetlər artıq texnologiya, innovasiya və rəqəmsallaşma sahəsinə yönəlib. İT sektoru, süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi hökumət səviyyəsində əsas hədəflərdən biridir. Azərbaycan bu sahədə artıq beynəlxalq aparıcı texnologiya şirkətləri ilə əməkdaşlığa başlayıb. Məqsəd ölkənin rəqəmsal iqtisadiyyatını gücləndirmək, texnoloji biliklərə əsaslanan yeni sənaye sahələri yaratmaq və bu yolla qeyri-neft sektorunu aparıcı gücə çevirməkdir. Beynəlxalq arenada Azərbaycanın əsas strategiyalarından biri də regional əməkdaşlığın dərinləşdirilməsi və geniş coğrafiyanı əhatə edən bağlantı layihələrinin həyata keçirilməsidir. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və qarşılıqlı etimadın formalaşmasına xidmət edir.
Kənan Xəlilov;
Neftçala rayonu
Oxşar Xəbərlər:



