Bakı-Quba yolunda sürücü idarəetməni itirdi, avtomobil aşdı

"Bu gün saat 06:03-də Bakı-Quba yolunun 26.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
99-KT-839 dövlət nömrə nişanlı "Nissan" markalı minik avtomobilinin sürücüsü Orxan Mehman oğlu Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb".
Bu barədə sorğusuya cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev deyib.
Onun sözlərinə görə, sürücü avtomobildə tək olub:
"Sürücü yuxulu olmadığını və idarəetməni itirdiyini bildirib. Hadisə nəticəsində xəsarət alan yoxdur, yol-nəqliyyat hadisəsi maddi ziyanla nəticələnib.
Faktla bağlı araşdırma aparılır".
Oxşar Xəbərlər:

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı