Qatarla gedib-gələnlərin nəzərinə!

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
Liderxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur: “Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu