Pressa.az » Ölkə » Anar Bağırov: “Azərbaycanda qadın vəkillərin azlığı bizi narahat edir”

Anar Bağırov: “Azərbaycanda qadın vəkillərin azlığı bizi narahat edir”

02 iyun 2023, Cümə, 09:47
Anar Bağırov: “Azərbaycanda qadın vəkillərin azlığı bizi narahat edir”

“Azərbaycanda qadın vəkillərin azlığı bizi narahat edir”.

LiderXəbər xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təhlillər qonşu ölkələrdə bu problemin mövcud olmadığını göstərir:

“Onlarda qadın və kişi vəkillərin sayı bərabərdir. 2018-ci ildə ölkədə qadın vəkillərin sayı 15 faiz idisə, son illərdə 20 faizə yaxındır. Hazırda Azərbaycanda 400 nəfərə yaxın qadın vəkil fəaliyyət göstərir. Ümumilikdə bu say müsbət dinamika ilə artır”.