Pressa.az » Ölkə » “Yeni qaydalar artıq hazırlanıb”

“Yeni qaydalar artıq hazırlanıb”

16 oktyabr 2025, Cümə axşamı, 14:28
“Yeni qaydalar artıq hazırlanıb”

“Sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq”.

Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən komitə iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsasında ƏƏSMN-nin nəzdində Tibbi Sosial Ekspertiza Agentliyinin mütəxəssisləri bu işi aparacaqlar.

Məndə olan məlumata görə, müayinələrin aparılmasının yeni qaydaları nazirlik tərəfindən müəyyənləşib. Bu beynəlxalq normalara uyğun əsasnamədir. Artıq hazırlanıb. Bu qanun qəbul olunduqdan sonra o da qüvvəyə minəcək”, - deyə komitə sədri qeyd edib.