Pressa.az » Ölkə » Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - Afişa

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - Afişa

27 oktyabr 2025, Bazar ertəsi, 09:16
Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - Afişa

Bakı sakinlərinin və paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirləri afişasını təqdim edirik.

Liderxeber.az xəbər verir ki, 27 oktyabr-2 noyabr tarixlərini əhatə edən siyahıda paytaxtda keçiriləcək tamaşalar, konsertlər və digər müxtəlif tədbirlər yer alıb.

Bu həftə də mədəni istirahətə üstünlük verən tamaşaçılar teatr səhnələrində sevilən tamaşalarından, musiqisevərlər isə məşhur ifaçıların konsertlərindən zövq ala biləcəklər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabr ayının 1-i və 2-si saat 20:00-da müasir rəqs janrında "Baku Arts Festival: Delay the Sadness | Sharon Eyal" keçiriləcək. Musiqi Josef Laimon, işıq quruluşu isə Sharon Eyal-ın daimi tərəfdaşı Alon Cohen tərəfindən hazırlanıb. Əsər Avropanın aparıcı festivallarının birgə istehsalıdır və dünya premyerasından dərhal sonra ilk dəfə BIAF-da təqdim olunacaq.

Biletlərin qiyməti: 35-220 manat arasında dəyişir.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 2-si, saat 12:00-da və 19:00-da "Manqurt" tamaşası oynanılacaq.

Tamaşa Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində oynanılır. Tamaşanın quruluşçu rejissoru Anar Babalıdır.

Biletlərin qiyməti: 10-12 manat.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı (GTT)

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 2-si, saat 12:00-da GTT-da alleqorik dram janrında olan "Çipollino" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Yelena İvanovadır.

Tamaşa 1 hissəlidir və 1 saat 5 dəqiqə davam edəcək.

Biletlərin qiyməti: 8-12 ₼

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 1-i, saat 19:00-da isə GTT səhnəsində "Ağ ölüm" tamaşası yer alacaq.

Psixoloji dram janrında olan tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Yaş həddi 18+ olan tamaşa 1 saat 10 dəqiqə davam edəcək.

Biletlərin qiyməti: 10-15 manat.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 2-si, saat 19:00-da GTT-da "Tanrıya on dörd məktub" tamaşası olacaq.

Dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

İki hissəli tamaşada I hissə - 1 saat, II hissə - 55 dəqiqə davam edəcək.

Biletlərin qiyməti: 8-10 manat.

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 1-i, saat 12:00-da "Nağıllar aləmində" tamaşası oynanılacaq.

Tamaşanın rejissoru Vladimir Neverovdur.

Biletlərin qiyməti: 5 manat.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 1-i və 2-si, saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Baku Arts Festival: TITIZÉ - A Venetian Dream | Daniele Finzi Pasca (İsveçrə) keçiriləcək.

Səhnədə dünyanın 46 ölkəsində qastrol etmiş məşhur Compagnia Finzi Pasca teatr qrupundan olan 10 aktyor, akrobat və musiqiçi çıxış edir.

Biletlərin qiyməti: 20-200 manat.

Azərbaycan Dövlət Yuğ Teatrı

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 2-si, saat 20:00-da YUG teatrının səhnəsində "Asılqan" tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdir.

Biletlərin qiyməti: 5-15 manat.

Şuşa Dövlət Musiqili Dram Teatrı

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Oktyabrın 31-i, saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində "Arqon" tamaşası oynanılacaq.

Nihilistik akt təyinatında olan tamaşanın quruluşçu rejissoru Rəvan Hüseynzadədir.

Biletlərin qiyməti: 7-10 manat.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 1-i, saat 19:00-da isə tamaşaçılar "Anamın Kitabı" tamaşasını izləyə bilərlər.

Tamaşanın quruluşçu rejissoru lalə Şirinovadır.

Biletlərin qiyməti: 7-10 manat.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 2-si, saat 12:00 və 14:00-da balaca tamaşaçılar "Ayı və rəssam", saat 16:00-da isə "Tənbəl dovşan" tamaşasını izləyə biləcəklər.

Biletlərin qiyməti: 7-8 manat.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 2-si, saat 19:00-da isə Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsi tamaşaçılara H.Cavidin "Ana" tamaşasını təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tamaşanın müddəti 1 saat 20 dəqiqədir.

Biletlərin qiyməti: 7-8 manat.

Heydər Əliyev Sarayı

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Oktyabrın 27-si, saat 19:00-da Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun "Eşq və ölüm" adlı 2 pərdəli baleti oynanılacaq.

"Kitabi Dədə Qorqud" eposunun motivləri əsasında yazılan librettonun müəllifi və quruluşçu xoreoqraf Nadejda Malıgina, dirijor Əməkdar artist Əyyub Quliyevdir. Balet II hissəlidir.

Biletlərin qiyməti: 15-45 manat.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Oktyabrın 29-u, saat 20:00-da isə dünyaca məşhur kamança və bağlama ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Heydər Əliyev Sarayında tamaşaçı qarşısına çıxacaq.

Biletlərin qiyməti: 39-189 manat.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Oktyabrın 31-i və noyabrın 1-i, saat 19:00-da Saray səhnəsi Röyanın ixtiyarına veriləcək. Konsertdə müğənninin sevilən hitləri səslənəcək.

Biletlərin qiyməti: 40-180 manat.

Bu həftə Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Noyabrın 2-si, saat 19:00-da "Tynda.music" simfonik orkestr və xorun ifasında dahi kino bəstəkarı Hans Zimmerin yeni musiqi proqramını təqdim edəcək.

Biletlərin qiyməti: 25-90 manat.