Pressa.az » Ölkə » Kamran Əliyev: "Ötən il prokurorluq orqanları 71,5 milyon manatdan çox ziyan ödətdirib"

Kamran Əliyev: "Ötən il prokurorluq orqanları 71,5 milyon manatdan çox ziyan ödətdirib"

27 yanvar 2023, Cümə, 11:22
Kamran Əliyev: "Ötən il prokurorluq orqanları 71,5 milyon manatdan çox ziyan ödətdirib"

"2022-ci ildə prokurorluq orqanları tərəfindən 71,5 milyon manatdan çox ziyan ödətdirilib".

LiderXəbər xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 100 milyon 609 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 71%-nin, yəni 71 milyon 566 min manat hissəsinin ödənilməsinə nail olunub.

"Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 20 milyon 213 min manat məbləğində pul vəsaitinin ödənilməsinə nail olunub", - K.Əliyev vurğulayıb.