İqtisadi Şuranın növbəti iclası keçirilib
İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iyulun 17-də Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda cari ilin birinci yarısında iqtisadi artım, makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə cari vəziyyət və siyasət prioritetləri, o cümlədən inflyasiya proseslərinin və onun faktorlarının təhlili, antiinflyasiya tədbirləri, valyuta bazarı, pul siyasətinin yeni əməliyyat çərçivəsi, bank və sığorta sektorunun mövcud vəziyyəti və inkişafı, habelə dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli çərçivə, Borclanma Strategiyası üzrə yeni hədəflər və dəyişikliklər, kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər və digər cari məsələlər geniş müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.