Pressa.az » Ölkə » Şahin Mustafayevə yeni vəzifə həvalə edilib

Şahin Mustafayevə yeni vəzifə həvalə edilib

18 iyul 2023, Çərşənbə axşamı, 18:07
Şahin Mustafayevə yeni vəzifə həvalə edilib

Prezident İlham Əliyev Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibində dəyişiklik edib.

LiderXəbər xəbər verir ki, dəyişikliklə Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev olub.

Habelə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Komissiyaya daxil edilib.