“Xəzər Festivalı Coke Studio ilə birgə” adlı musiqi festivalı keçiriləcək
Coca-Cola-nın əməkdaşlığı ilə baxımlı telekanallardan olan Xəzər TV ölkədə ilk dəfə Coke Studio ilə birgə Xəzər Festivalı təşkil edir.
“Xəzər Festivalı Coke Studio ilə birgə” avqust ayı ərzində Azərbaycanın dörd böyük şəhərini əhatə edəcək. Belə ki, Festival 5 avqust Gəncə, 12 avqust Qəbələ, 19 avqust Sumqayıt, 23 avqust isə Bakı şəhərlərində təşkil olunacaq. Saat 20:00-da start götürəcək konsertlərə giriş sərbəstdir.
Festivalda ölkənin məşhur sənətçilərindən – Murad Arif, Natavan Həbibi, Hiss, Nigar Jamal, Dilarə Kazımova, Azad Şabanov, Promete və başqaları ifaları ilə çıxış edəcəkdir.
Coca‑Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, insanlara xoşbəxtlik gətirən Coca-Cola bu festivalla yayı unudulmaz edəcək:
“Coca-Cola olaraq festivalın tərəfdaşı olmaqdan məmnunluq duyuruq. Yayda insanların daha çox əyləncəyə üstünlük verdiyini nəzərə alaraq “Xəzər Festivalı Coke Studio ilə birgə” festivalına start veririk. İnanıram ki, böyük şəhərlərdə keçirəcəyimiz bu musiqi festivalında insanlar əsl musiqi möcüzəsi yaşayacaqlar”.
Hər konsertdə musiqi ab-havasında Coke Zone da təşkil olunacaq.
Qeyd edək ki, Coca-Cola şirkəti fəaliyyət göstərdiyi ölkələrdə musiqinin və əyləncənin bir parçasına çevrilir. Coca-Cola Azərbaycanda da “Musiqi 2023” kampaniyası, “Xəzər Festivalı Coke Studio ilə birgə” festivalı və digər musiqili, əyləncəli tədbirlər keçirir.