Elm və təhsil nazirinə yeni müavin təyin olunub - Sərəncam
Elm və təhsil naziri Emin Əmrullayevə yeni müavin təyin edilib.
LiderXəbər xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə Həsən Həsənli təyin olunub.
Qeyd edək ki, Həsən Həsənli Elm və Təhsil Nazirliyində nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyunundan 2023-cü il yanvarın 30-dək nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər