Pressa.az » Ölkə » Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər

Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər

17 iyul 2026, Cümə, 16:35
Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər

Yaxın zamanlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpa edilməsi gözlənilir.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında danışıb.

Nazir vurğulayıb ki, sözügedən reyslərin bərpası 2024-cü ilin dekabrında AZAL təyyarəsi ilə baş vermiş faciəvi hadisədən sonra məhdudiyyətlər tətbiq edilən istiqamətlərə şamil olunacaq.