Narkotiklə dolu bağlama sərhəddə tutuldu
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 85 qram narkotik vasitə və 1980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar Xəbərlər:
05 may 2025, Bazar ertəsi
24 kiloqramdan çox narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
08 oktyabr 2024, Çərşənbə axşamı
Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb
05 avqust 2024, Bazar ertəsi
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib
26 dekabr 2025, Cümə
Astara gömrüyündə 148 kiloqramdan artıq narkotik vasitə aşkarlandı - Fotolar - Video
