Pressa.az » Ölkə » Asatryan Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım etdi

Asatryan Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım etdi

14 avqust 2026, Cümə, 14:50
Asatryan Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım etdi

Ermənistanlı ictimai-siyasi xadim Sarkis Asatryan 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümü münasibətilə Azərbaycan və Ermənistan xalqlarını təbrik edib.

Liderxeber.az xəbər verir ki, o, sosial şəbəkə hesabında Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım edib. 

“08.08.25-ci il tarixində Ermənistan və Azərbaycan liderləri, Nikol Paşinyan və İlham Əliyev ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda keçirilən görüşün yekunlarına dair Birgə Bəyannaməni imzaladılar”, - Sarkis Asatryan “Sünik qapıları” adlanan ərazidə çəkilmiş videoya əlavə edib. 

O, əldə edilmiş sülhün əleyhinə çıxış edən qüvvələri sülhün dəyərini anlamamaqda və üçüncü ölkələrin maraqlarına xidmət etməkdə ittiham edib.