Zəncirvari qəzada 4 nəfər yaralandı - Fotolar
Göyçayda zəncirvari yol qəzası baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “VAZ 2107”, “VAZ 2105” və “Hyundai Sonata” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
09 iyun 2026, Çərşənbə axşamı
Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzada xəsarət alanların son vəziyyəti
