Pressa.az » Ölkə » ABŞ-yə xəbərdarlıq etdi - “Ən böyük təhdid sizsiniz”

ABŞ-yə xəbərdarlıq etdi - “Ən böyük təhdid sizsiniz”

19 avqust 2026, Çərşənbə, 17:46
ABŞ-yə xəbərdarlıq etdi - “Ən böyük təhdid sizsiniz”

ABŞ Şimali Koreyanın təhlükəsizliyi üçün əsas təhdid olaraq qalır.

Liderxeber.az Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen Inın bacısı, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Conq bəyan edib.

“Dövlətimizin təhlükəsizlik maraqlarına və regiondakı təhlükəsizlik mühitinə ən böyük təhdidin ABŞ-dən gəldiyi dəyişməz reallıqdır və bu reallıqdan çıxış edərək prinsipial yanaşmamıza sadiq qalacağıq. KXDR rəhbərliyi ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılmasına heç bir əhəmiyyət vermir. Bu cür qərarlar təcavüzkar və təxribatçı xarakter daşıyan hərbi manevrlərin mahiyyətini dəyişmir”, – deyə Pxenyan rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” qəzeti ABŞ Prezidenti Donald Trampın bu payızda Kim Çen Inla yeni şəxsi görüş keçirmək istədiyini yazmışdı. Məlumata görə, Ağ Ev rəhbəri noyabr ayında Asiyaya səfər çərçivəsində bu danışıqları təşkil etməyi planlaşdırır və Seul da Pxenyanla dialoqun bərpası ideyasını dəstəkləyir.