Dünənki yanğın qəsdən törədilibmiş
Ötən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində - “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarının birində baş verən yanğının qəsdən törədilməsi məlum olub.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, yanğından əvvəl həmin mənzildə orta yaşlı kişinin əlində balta ilə mətbəxdə dağıntılar törətməsi, əsəbi şəkildə hərəkətlər etməsi qonşular tərəfindən lentə alınıb.
Həmin görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"
