Pressa.az » Ölkə » Bu avtobuslara sərnişinlər artıq iki qapıdan minəcək

Bu avtobuslara sərnişinlər artıq iki qapıdan minəcək

24 avqust 2026, Bazar ertəsi, 16:51
Bu avtobuslara sərnişinlər artıq iki qapıdan minəcək

“Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola biləcəklər.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilirlər. Həmçinin avtobuslara minmə prosesi sürətlənib və gözləmə müddəti azalıb.