Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
Paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobili ilə toqquşub. Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.

Oxşar Xəbərlər:
22 apr 2024, 13:08
04 avq 2026, 11:46
17 apr 2026, 16:36
26 dek 2023, 15:22
