Hörmüz boğazında neft tankeri vuruldu
Hörmüz boğazında hərəkət edən neft tankeri hücuma məruz qalıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) yaydığı məlumatda qeyd olunub.
"Yerli orqanların məlumatına əsasən, gəmi naməlum mərmi ilə vurulub. Nəticədə tankerdə yanğın başlasa da alov qısa zamanda söndürülüb", - deyə açıqlamada bildirilir.
UKMTO qeyd edir ki, hazırda dənizçilərin həyatına təhlükə yoxdur və hadisənin hər hansı bir ekoloji fəsad törətdiyi barədə məlumat daxil olmayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 iyul 2026, Çərşənbə axşamı
Hörmüz boğazında vurulan Qətərə məxsus tanker partlamaq təhlükəsi ilə üz-üzədir
12 mart 2026, Cümə axşamı
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni
