Pressa.az » Ölkə » Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

03 sentyabr 2026, Cümə axşamı, 13:05
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilən ittiham zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqini tapıb. Təqsirləndirilən şəxsin eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.

Hökmə əsasən, Səməndərova ittiham olunduğu maddənin sanksiyasının yuxarı həddi - 13 il həbs cəzası verilib.